AZ

GÜNDƏM:Baş nazir Əli Əsədov BMT rəsmisi ilə görüşdü, COP29 çərçivəsində Enerji Günü tədbirləri və Brno–Phuket təyyarəsinin Bakıya təcili enişi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də BMT-nin İnkişaf Proqramının (UNDP) administratoru Axim Ştaynerlə görüşüb.

Nazirlər Kabinetindən Fins.az-a bildirilib ki, görüşdə Bakıda keçirilən COP29-un iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayacağına əminlik ifadə olunub.

Azərbaycanla UNDP arasında uzunmüddətli səmərəli tərəfdaşlıq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması istiqamətində işbirliyi, birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib.

* * *

COP29 Enerji, Sülh, Yardım və Bərpa Günü çərçivəsində Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin irəlilədilməsi üzrə nazirlər səviyyəsində dialoq keçirilir.

* * *

COP29 Enerji, Sülh, Yardım və Bərpa Günü çərçivəsində Mərkəzi Asiya üçün Enerji Keçidinə dair COP29 İnvestisiya Forumu keçirilib.

Fins.az xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsində regional layihələrin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.

“Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından və enerji keçidi üçün zəruri olan kritik minerallardan istifadə məqsədilə mühüm layihələr həyata keçirirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsində regional layihələrin icrasında əməkdaşlığa böyük əhəmiyyət verir. Bu kontekstdə biz Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzrə strateji təşəbbüsə dair əməkdaşlığa start vermişik. Bu təşəbbüs ölkələrimizin yaşıl enerji keçidində rolunu gücləndirmək və enerji təhlükəsizliyini möhkəmləndirmək məqsədi daşıyır. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır”, - deyə nazir vurğulayıb.

O, əlavə edib ki, COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək.

“Eyni zamanda IRENA Mərkəzi Asiyada bərpa olunan enerji üzrə Tərəfdaşlığın sürətləndirilməsi təşəbbüsünü həyata keçirir. Bu təşəbbüs regionda yaşıl və inklüziv iqtisadi transformasiyaya nail olmağa yönəlib. Əminik ki, əsas maneələri aradan qaldıraraq və regional əməkdaşlığı gücləndirərək, bu tərəfdaşlıq Mərkəzi Asiyanın bərpa olunan enerji hədəflərinə çatmasında, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qlobal iqlim məqsədlərinin yerinə yetirilməsində mühüm dəstək olacaq. Ümid edirik ki, bu forum və COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji sahəsində tərəfdaşlığı gücləndirəcək, investorların və enerji şirkətlərinin marağını cəlb edəcək və birgə layihələrimizin həyata keçirilməsini sürətləndirəcək nəticələrə gətirib çıxaracaq”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

* * *

Bu gün, 15 noyabr tarixində, COP29 çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa Günü keçirilir.

Fins.az xəbər verir ki, bu gün COP29 enerji təşəbbüsləri üzrə nazirlərin görüşü, Mərkəzi Asiya üçün enerji keçidinə dair investisiya forumu, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovun mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

* * *

Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, “Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.

Seçilən
0
2
fins.az

3Mənbələr