AZ

Tramp bu teleaparıcını öz administrasiyasına gətirmək istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Fox Business” telekanalının aparıcısı Larri Kadlounu administrasiyasına qəbul etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən məlumat yayıb.

Onun iqtisadiyyat və maliyyə sahəsində vəzifə tuta biləcəyi iddia edilir. Trampın müşavirləri inanırdılar ki, Kadlou Trampın ilk dövründə tutduğu Milli İqtisadi Şuraya rəhbərlik edəcək.

Reuters“in məlumatına görə, teleaparıcı artıq Trampın təklif etdiyi işdən imtina edib.

O, bu yaxınlarda şəbəkə ilə yeni müqavilə imzaladığı üçün “Fox Business”də qalmağı planlaşdırır.

"Cebheinfo.az"

Seçilən
15
50
cebheinfo.az

10Mənbələr