AZ

Ömər Bolat İraqda səfərdədir

Ticarət naziri Ömər Bolat İraqda səfərdədir. 

Nazir Ö.Bolat İraqın ticarət naziri Atir əl-Gireyri ilə görüşüb.

Ö.Bolat səfərlə bağlı sosial media hesabından etdiyi paylaşımda yazıb:

“Ölkəmizin mühüm ticarət tərəfdaşlarından biri, dost və qonşu ölkə olan İraqa səfərimizin ilk dayanacağı Bağdaddayıq. Səfərimiz çərçivəsində hörmətli həmkarım, İraqın ticarət naziri Ətir əl-Gireyri və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük, ikitərəfli əməkdaşlıq sahələrini, yeni imkanları, qarşılıqlı investisiyaları və "İnkişaf Yolu Layihəsi"ni müzakirə etdik. Türkiyə-İraq JETCO mexanizminin ilk iclasını dekabr ayında İstanbulda keçirmək barədə razılığa gəldik, burada ölkələrimiz arasında ticari əlaqələri hərtərəfli müzakirə edəcəyik”.

Nazir Ömər Bolat daha sonra Türkiyə İxracatçılar Məclisi (TİM) və Türkiyə Podratçılar Birliyinin (TMB) nümayəndə heyətləri ilə birlikdə İraqın paytaxtı Bağdada səfər edib.



Seçilən
1
3
trt.net.tr

10Mənbələr