Prezident İlham Əliyev: “Azərbaycan COP29-a evsahibi olduqdan sonra inkişaf edən kiçik adadövlətləri ilə münasibətlərimiz yeni, daha yüksəksəviyyəyə qalxıb”
Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimibeynəlxalq standartlara uyğun olaraq insan haqlarısahəsində də daha şəffaf və ədalətli addımlar atır. Bumənada, Azərbaycanın demokratiya və insan haqlarısahəsindəki vəziyyətin Qərb dövlətlərini, xüsusənFransanı narahat etməsinin heç bir əsası yoxdur. Fransaözü dünya tarixində müstəmləkəçi ölkə olaraq tanınıb. Əsasən Afrika ölkələrində Fransanın müstəmləkəsiolmuş dövlətlər hələ də siyasi və iqtisadi olaraq əzabçəkirlər. Onların içərisində çoxlu kiçik ada dövlətlərivar. Azərbaycan isə son zamanlar bu dövlətlərə siyasivə iqtisadi dəstək verməyə başlayıb. Hətta COP29 beynəlxalq tədbirində bu mövzuda bir sıra sammit vəpanel iclasları keçirilir. İnkişaf etməkdə olan kiçik adadövlətlərinin əksəriyyətinin nümayəndə heyətlərininrəhbərləri COP29-da iştirak edirlər. Yeri gəlmişkən, noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişafetməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitikeçirilib. Prezident İlham Əliyev bu Sammitdə çıxışızamanı bildirib ki, Azərbaycan COP29-a ev sahibiolduqdan sonra inkişaf edən kiçik ada dövlətləri iləmünasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb: “Kiçik ada dövlətlərinin səsi qlobal arenadaeşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən dəmüstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinəmaddi və texniki dəstək göstərməlidir ki, onlarölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruyabilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədənAzərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha dadayazlaşır, çaylarımızda daha az su, dağlarımızda dahaaz qar var. Əfsuslar ki, keçmişdə heç vaxtgörmədiyimiz daşqınlar və kəskin yağışlar bu günreallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçikada dövlətləri üçün bu ekzistensial təhlükədir”.
Sammitdəki çıxışlarda inkişaf etməkdə olan kiçik adadövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyi, iqlimdəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarıvurğulanıb. COP29 çərçivəsində kiçik ada dövlətləriilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlhamƏliyevə təşəkkür ifadə olunub. Qeyd edək ki, Azərbaycan bu dövlətlərə hərtərəfli dəstəyin verilməsiüçün fondun yaradılması təşəbbüsü ilə çıxış edib. COP29-a ev sahibliyi edən ölkə olaraq bu təşəbbüs dəkiçi ada dövlətlərinin rəsmiləri tərəfindən çox böyüksevinclə qarşılanıb.
Prezident İlham Əliyev həmin ölkələrin üzləşdiyiçağırışların aradan qaldırılmasının COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil etdiyinivurğulayıb: “Bu ilin mayında COP-la bağlı planlarınımüzakirə etmək üçün Baham adalarının, Tonqanın vəTuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbulolunmuş Bakı Kommünikesində COP29-da mənalınəticələrin əldə olunmasına çağırış edilir və əlçataniqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilinsentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətəbaşlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldəolunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsiüçün tamamlanmalıdır. Bu yay Azərbaycan TonqadaMillətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı”. Azərbaycan, beynəlxalq münasibətlərdə inkişafetməkdə olan ölkələrə dəstəyini müxtəlifistiqamətlərdə göstərir. Bu dəstək, xüsusən kiçik adadövlətlərinə aid olan bir sıra layihələrdə özünü göstərir. Azərbaycan, həmçinin, BMT, İqtisadi və Sosial Şura, müxtəlif regional təşkilatlar və humanitar missiyalarçərçivəsində bu ölkələrlə əməkdaşlıq edir. Kiçik adadövlətləri, ətraf mühitin qorunması, iqlim dəyişikliyivə təbii fəlakətlərin təsirlərinə qarşı mübarizəməsələlərində xüsusilə həssasdırlar. Azərbaycan, busahədə dəstəyi artıraraq, bərpa olunan enerji və ətrafmühitin qorunması sahələrində proqramlar həyatakeçirir. Əlavə olaraq, Azərbaycanda ətraf mühitinmühafizəsi və iqlim dəyişikliyi ilə bağlı aparılan işlərkiçik ada dövlətləri üçün model ola bilər. CənabPrezident ölkəmiz tərəfindən Millətlər Birliyinin kiçikada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün10 milyon ABŞ dolları məbləğində vəsait ayırıldığınıbəyan edib. “Ətraf mühitin monitorinqi vəqiymətləndirilməsi üçün “Azərkosmos”un peykməlumatlarından istifadə etmək üçün Millətlər Birliyiilə Anlaşma Memorandumu imzalanmışdır”, – deyədövlətimizin başçısı əlavə edib. Göründüyü kimi, Azərbaycan, kiçik ada dövlətləri ilə ticarət əlaqələrinigücləndirmək və iqtisadi əməkdaşlıq yaratmaq üçünmüxtəlif təşəbbüslər irəli sürür. Bu əməkdaşlıqqarşılıqlı investisiyalar, təbii sərvətlərin və məhsullarınmübadiləsi kimi sahələri əhatə edə bilər. Azərbaycanıninkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyi, yalnız rəsmi diplomatik əlaqələrlə məhdudlaşmır. Azərbaycan həm iqtisadi, həm də humanitar sahələrdəbu dövlətlərə konkret dəstək göstərir. Həmçinin, Azərbaycanın beynəlxalq əlaqələri və bu sahədəkitəcrübəsi, kiçik ada dövlətləri ilə daha damöhkəmlənən münasibətlərin əsasını təşkil edir.
Azərbaycan, BMT və digər beynəlxalq təşkilatlardainkişaf etməkdə olan kiçik ada dövlətlərininmaraqlarını müdafiə edir. Azərbaycanın beynəlxalqplatformalarda bu dövlətlərin daha geniş tanınması vəöz hüquqlarının qorunması üçün səylər göstərməsi, həmin dövlətlərin inkişafına müsbət təsir edir. Bubaxımdan cənab Prezident deyib ki, Azərbaycan kiçikada dövlətlərinə özünün birmənalı dəstəyini nümayişetdirir: “Biz fəlakət qarşısında zəif olan bir sıraölkələrə qasırğa, zəlzələ və daşqınların təsiriniazaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin sutəchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpasılayihələrinə dəstək vermişik. Ondan çox kiçik adadövləti Azərbaycan universitetlərində təhsil almaqüçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimizdövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçikada dövlətinə maliyyə və humanitar yardımgöstərmişik”. Azərbaycan, inkişaf etməkdə olan kiçikada dövlətlərinin infrastruktur layihələrinə də dəstəkverməyi planlayır. Xüsusilə, su təchizatı, enerji, kəndtəsərrüfatı və turizm sahələrində təcrübə mübadiləsi vəinvestisiya imkanları yaradır. Bu sahələrdəAzərbaycandan texnologiya və bilik mübadiləsi, həmçinin maliyyə yardımının göstərilməsimümkündür. Kiçik ada dövlətləri təbii fəlakətlərə dahaçox məruz qalırlar. Azərbaycan, bu dövlətlərəhumanitar yardımlar da göndərir, xilasetməəməliyyatlarına və fövqəladə vəziyyətlərə müdaxiləyəyardım edir. Ölkəmizin başçısının dediyi kimi, Azərbaycan bir sıra inkişaf etməkdə olan ölkələrə, o cümlədən ada dövlətlərinə humanitar yardım göstərib.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent