AZ

“Prezident COP 29-da Azərbaycanın kiçik ada dövlətlərinə dəstəyini diqqətə çatdırdı”

\"Prezident İlham Əliyev COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı bir daha bütün dünyanın diqqətinə çatdırdı ki, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.

Bunu AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, Azərbaycan bütün dünyaya səslənir ki, planetimizdə ədalət bərqərar olmalıdır:

\"Azərbaycan bütün dünyaya daim səslənir ki, artıq planetimizdə bir ədalət bərqərar olmalıdır. Böyük, inkişaf etmiş dövlətlər digər kiçik dövlətlərə daim öz diqqət və dəstəyini göstərməlidir. Insan dünyanın hər yerində insandır. 

Bu baxımdan Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir. Xüsusən iqlim dəyişikliyi fonunda kiçik ada dövlətlərinin gələcək aqibətləri sual altına düşə bilər. 

Azərbaycanın bu istiqamətdə atdığı addımlar göz qabağındadır. Ölkə başçısının da qeyd etdiyi kimi biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi məqsədi ilə \"Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanıb. Bu gün həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir”.

Deputat ölkəmizin bir sıra ölkələrə güclü təbii fəlakətlər zamanı dəfələrlə kömək etdiyini əlavə edib:

\"Azərbaycan fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardımlar göstərilib. Bütün bunlar prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin bir hissəsidir. Beynəlxalq tədbirlərə ev sahibliyi və sədrlik edən Azərbaycan isə digər üzvlərin hər birinə daim xüsusi diqqət və qayğı ilə yanaşmaqla bir daha göstərir ki, qlobal problemlərə ədalətli yanaşmaq dünyamızı daha parlaq gələcəyə aparır”.

Mikayıl Mirzəzadə
Seçilən
10
50
azxeber.com

10Mənbələr