Zambiyanın paytaxtı Lusakada badminton üzrə beynəlxalq turnir keçirilib.
Msport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.
“Zambia International”da qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov – Era Maftuha tandemi birinci yeri tutublar.
Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.
Daha 2 bürünc medalı qadınların şəxsi yarışında Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha əldə ediblər.