Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Bu barədə Sportnet.az-a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qızıl mükafatları şəxsi yarışda qadınlardan Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov - Diki Pangestu və qarışıq qoşa kateqoriyada Aqil Qəbilov - Era Maftuha tandemi əldə ediblər.
Kişilərin qoşa yarışında Diki Pangestu, qarışıq qoşa kateqoriyada isə Cahid Əlhəsənov - Həcər Nuriyeva dueti gümüş medala sahib çıxıblar.
Daha 2 bürünc mükafatı fərdi çıxışda Həcər Nuriyeva, qadınların qoşa yarışında isə Həcər Nuriyeva - Era Maftuha cütlüyü millinin hesabına yazdırıblar.