AZ

Əliza Cəngiri: "Xəzər dənizi hövzəsində baş verən dəyişikliklər təbiətinin dəyişməsinə səbəb olur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son onilliklərdə Xəzər dənizi hövzəsində baş verən təbii dəyişikliklər və insan fəaliyyəti nisbətən qısa müddət ərzində bu regionun sahillərinin fiziki, dinamik və morfoloji təbiətinin dəyişməsinə səbəb olub".
Oxu.Az xəbər verir ki, bu sözləri İran nümayəndə heyətinin nümayəndəsi Əlirza Cəngiri "İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin enməsi" mövzusunda keçirilən yüksəksəviyyəli görüşdə deyib.
O bildirib k, son onilliklərdə istixana qazlarının artması və onların iqlim dəyişikliyi ilə əlaqədar qlobal istiləşməyə təsiri bu ərazilərin kövrəkliyinin keçmişə nisbətən daha sürətli və daha geniş bir ərazidə özünü göstərməsi deməkdir.
"Xəzər dənizinin sahil zonasının fiziki və təbii mühitində baş verən dəyişikliklər çox vaxt sahilə yaxın bitki və heyvanlar, əhali və məskunlaşma yerləri üçün əhəmiyyətli nəticələrə səbəb olub. Bu su hövzəsində suyun səviyyəsində hər hansı dəyişiklik regionun ekosisteminə ciddi təsir göstərəcək. Mövcud sübutlar göstərir ki, dəniz səviyyəsinin enmməsi sahil zonasına, xüsusən də sahilyanı icmaların həyatına, iqtisadi və sosial infrastruktura, balıqçılıq və akvakulturaya, ən əsası isə ticarət və hətta kiçikmiqyaslı gəmiçiliyə son dərəcə dağıdıcı təsir göstərə bilər.
Bu hadisə regionun sahilləri üçün ciddi həyəcan siqnalıdır və risklərin artması ehtimalına gətirib çıxarır. Dəniz səviyyəsinin davamlı olaraq enməsi kiçik körfəzlərin və bataqlıq ərazilərin quruması da daxil olmaqla, ekoloji böhran şəklində dağıdıcı ekoloji və hidroloji problemlərə gətirib çıxaracaq. Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı problemlərin aradan qaldırılmasında, habelə dənizdə suyun səviyyəsinə nəzarət etmək üçün daha səmərəli əməkdaşlıq üçün biz müəyyən tədbirləri gündəmə gətirməliyik. Biz Xəzər dənizinin monitorinqi sahəsində tədqiqat və elmi mərkəzlərin potensialından istifadə etməliyik. Bütün sektorlar üzrə müvafiq ekspertlərin bir təşkilatın nəzarəti altında işləməsi üçün milli səviyyədə bütün sahilyanı ölkələr üçün vahid qərar qəbuletmə sisteminin yaradılması və Xəzər dənizinin fiziki və kimyəvi xüsusiyyətlərinin davamlı monitorinqi əsas strategiyalardan biridir".
O bildirib ki, qısamüddətli həll yolu Xəzər dənizində suyun səviyyəsinin azalmasının səbəb və amillərini öyrənmək üçün beş sahilyanı ölkənin ekspertlərinin əməkdaşlığı ilə Xəzəryanı dövlətlərin xüsusi nümayəndələrinin nəzarəti altında işçi qrupunun yaradılmasıdır:
"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 2023-cü il dekabrın 5-də Moskvada verdiyi bəyanata əsasən, Xəzər dənizi məsələləri üzrə yüksəkvəzifəli şəxslərdən ibarət işçi qrupu bu məsələyə xüsusi diqqət yetirməlidir. Xəzər əməkdaşlığı çərçivəsində Xəzəryanı ölkələr arasında daha çox elmi əməkdaşlıq və nəticələrin bölüşdürülməsi üçün proqnozlaşdırma modellərini işləyib-hazırlamaq və müvafiq olaraq suyun səviyyəsinin dəyişməsini idarə etmək üçün uyğun strategiya qəbul etmək mümkün olacaq.
Təbii ki, Xəzər dənizinin ekosisteminin istənilən tədqiqi hərtərəfli və inteqrasiyalı olmalıdır və bütün ölkələrin iştirakını tələb edir. Tehran Konvensiyasının potensialı, onun əlavə protokolları, habelə Xəzər dənizinin hidrologiyası və meteorologiyası sahəsində əməkdaşlıq haqqında saziş və Xəzər dənizinin Hidrologiya və Meteorologiya üzrə Koordinasiya Komitəsi institusionallaşdırılıb və müntəzəm surətdə həyata keçirilməsi üçün əlverişli platforma yaradılıb. Monitorinq, qiymətləndirmə və məlumat mübadiləsi protokolu kodlaşdırılma mərhələsində olduğundan Xəzər dənizində suyun səviyyəsinin enməsi bu protokolun tərkib hissələrindən biri kimi əlavə edilə bilər.
Su səviyyəsinin dəyişməsinə nəzarət, bataqlıq ərazilərin və göllərin bərpası, eləcə də insanların həyat tərzinə təsirlərin aradan qaldırılması sahəsində beynəlxalq təcrübədən istifadə etmək əməkdaşlığın prioritetləri olmalıdır. Beynəlxalq ətraf mühit təşkilatlarından istifadə və effektiv layihələrin müəyyən edilməsi su dalğalanmalarına nəzarət sahəsində əməkdaşlığın başqa bir sahəsidir".
Aygün Mirakif
Seçilən
7
50
oxu.az

10Mənbələr