AZ

Dominika COP29-da iqlim davamlılığına doğru: BMT-də yeni səs

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29 çox strukturlaşdırılıb və inklüzivlik COP prosesinin əsas prioritetlərindən biri olaraq qalır".
Bu barədə Karib regionunda yerləşən Dominika Birliyindən yerli xalqların hüquq müdafiəçisi Ferdison Valmond Oxu.Az-a açıqlamasında bəyan edib. O, BMT-nin iqlim dəyişikliyi ilə mübarizə komandasına təyin edilən ən gənc dominikalı və yerli xalqların ilk nümayəndəsi kimi tarixə düşüb.
Valmondun sözlərinə görə, Karib hövzəsi iqlim dəyişikliyinin təsirləri baxımından dünyanın ən həssas regionlarından biridir.
"Yerli xalqlar və inkişaf etməkdə olan kiçik ada dövlətlər üçün adekvat maliyyələşdirmənin ayrılacağını səbirsizliklə gözləyirik. Davamlılıq və adaptasiya üçün vəsait lazımdır", - deyə yerli xalqların hüquq müdafiəçisi vurğulayıb.
O qeyd edib ki, Dominika mütəmadi olaraq qasırğalar və quraqlıqla üzləşir. Qasırğa mövsümü iyundan sentyabra qədər davam edir ki, bu da milli inkişaf səylərini dayandırmağa və təbii fəlakətlərə hazırlaşmağa məcbur edir. 2017-ci ildə 5-ci kateqoriyalı qasırğa Dominikanı vurduqdan sonra ölkənin baş naziri BMT Baş Assambleyasında "Dominikanın dünyada iqlim dəyişikliyinə davamlı ilk ölkə olacağını" elan edib. Ölkə, həmçinin 2030-cu ilə qədər 100% bərpa olunan enerjiyə keçməyi planlaşdırır.
"Hər şey onu göstərir ki, biz həqiqətən də dünyada iqlim dəyişikliyinə davamlı ilk ölkə oluruq, bu prosesdə davamlılıq və adaptasiya səyləri göstəririk", - deyə Ferdison Valmond bildirib.
Rufina Abdullayeva
Seçilən
11
50
oxu.az

10Mənbələr