Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukrayna ordusunun Rusiyaya qarşı Qərb istehsalı olan qeyri-nüvə raketlərindən istifadə etməsi Rusiyanın yenilənmiş nüvə doktrinasına uyğun olaraq nüvə reaksiyasına səbəb ola bilər.
Peskov ATACMS kimi uzaqmənzilli raketlərin istifadə ediləcəyi xəbərindən sonra Rusiya ordusunun vəziyyəti diqqətlə izlədiyini bildirib.
Jurnalistlərin ABŞ-ın verdiyi bu raketlərin Ukrayna tərəfindən istifadəsinin, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin hücumu kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi ilə bağlı sualını cavablandıran Peskov, Rusiyanın yeni doktrinasında belə halların nüvə silahının istifadəsinə səbəb yaratması kimi qəbul edildiyini bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Doktrina nüvə silahının ölkənin suverenliyini müdafiə etmək üçün yalnız “son çarə” kimi istifadə ediləcəyini bildirsə də, yeni təhlükələr və risqklər səbəbindən doktrina genişləndirilib. Göstərilən şərtlərə nüvə dövləti olmayan bir ölkənin nüvə dövlətinin dəstəyi ilə Rusiya və ya Belarusa hücum etməsi də daxil edilib.
ZÜMRÜD