AZ

Bolqarıstan parlamenti ABŞ-dan silah alınması ilə bağlı müqaviləni ratifikasiya edib

Bolqarıstan parlamenti səs çoxluğu ilə ABŞ-dan 183 “Stryker” döyüş maşını və 15 köməkçi yük avtomobilinin alınmasına dair beynəlxalq müqaviləni ardıcıl iki oxunuşda ratifikasiya edib.

“Report”un məlumatına görə, bütün maşınlar 2025-2028-ci illər arasında Bolqarıstana çatdırılacaq, onlar lazımi informasiya-kommunikasiya avadanlıqları, artilleriya və atıcı silahlar, tank əleyhinə raketlərlə təchiz ediləcək.

Müqavilənin dəyəri təqribən 1,2 milyard ABŞ dolları təşkil edir. Amerika tərəfinin təklif etdiyi müqavilə üzrə ödəniş sxemi 263,36 milyon dollar məbləğində depoziti, ardınca isə 2023-cü ildən 2027-ci ilə qədər illik ödənişləri nəzərdə tutur.

Seçilən
722
1
report.az

10Mənbələr