AZ

Bolqarıstan ABŞ-dan “Stryker” döyüş maşınları alacaq

Bolqarıstan ABŞ-dan “Stryker” döyüş maşınları alacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı Bolqarıstan parlamentinin canlı yayımlanan iclasında bildirilib.

İclasda hakim siyasi birliklərin səs çoxluğu ilə ABŞ-ın hərbi proqramı çərçivəsində “Stryker” döyüş maşınlarının alınması üçün xərclər layihəsi təsdiqlənib.

Bu təşəbbüs əvvəllər ölkə hökuməti tərəfindən təsdiq edilib.

Müzakirələr zamanı Bolqarıstan Müdafiə Nazirliyinin 198 döyüş, kəşfiyyat və komanda-qərargah maşınları, nüvə, kimyəvi və bioloji kəşfiyyat, tibbi evakuasiya, mühəndis-texniki təminat üçün ixtisaslaşdırılmış avtomobillər almaq niyyəti açıqlanıb. Bunlardan 183-ü “Stryker”, qalan 15-i isə köməkçi yük maşını olacaq. Nəzərdə tutulan texnika 2025-2028-ci illər arasında Bolqarıstana çatdırılmalıdır. Onlar lazımi informasiya-kommunikasiya avadanlıqları, artilleriya və atıcı silahlar, tank əleyhinə raketlərlə təchiz ediləcək. Müqavilənin dəyəri 1,376 milyard dollardır.

Müxalifət nümayəndələri hökumətin döyüş maşınları əldə etmək planlarını sərt şəkildə tənqid edərək, təşəbbüsü “milli xəyanət” adlandırıblar. Onlar bu maşınların köhnəldiyini və müasir döyüş tələblərinə cavab vermədiyini israr edirlər.

Müdafiə naziri Todor Taqarev vurğulayıb ki, “Stryker”in alınması Bolqarıstan ordusu üçün yaxşı qərardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
798
3
report.az

10Mənbələr