AZ

Azərbaycan beynəlxalq öhdəliklərinə hər zaman hörmətlə yanaşıb ŞƏRH

Prezident İlham Əliyevin cari ilin 6 dekabr tarixində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda çıxışında çox mühüm mesajlar səsləndirilib. Dövlət başçısı Qarabağda mövcud durumla bağlı suallara cavab verərkən bildirib ki Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir.Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq həm öz torpaqlarını işğaldan azad etdi, həm də bütün Cənubi Qfqaza sülh gətirdi. Uzun illər boyunca Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını deyən keçmiş Minsk qrupunun həmsədrlərinin fikirlərinin tam əksinə olaraq, regionumuza sülh məhz müharibə ilə gəldi. Bu gün isə, əgər söhbət artıq Cənubi Qafqazda yaranmış sülhün dayanıqlığından və davamlılığından gedirsə, bu zaman Ermənistan da xoş məramını bildirməli, xarici qüvvələrin deyil, öz xalqının maraqlarından çıxış etməli və adekvat addımlar atmalıdır. Azərbaycan öz tərəfindən bu istiqamətdə artıq konstruktiv təkliflərini verib. O cümlədən məhz Azərbaycan sülh sazişinin imzalanması, delimitasiya ilə bağlı komissiyaların yaradılması təkliflərini irəli sürüb, sülh sazişinin baza prinsiplərini işləyib hazırlayaraq qarşı tərəfə təqdim edib. Azərbaycan hər iki tərəf üçün ədalətli sülh sazişinin imzalanmasını təklif edir. Lakin Ermənistan, son aylarda bəzi irəliləyişlər olsa belə, ümumilikdə prosesi çox ləngidir.Məqsəd nədir? Bu sualı tam aydınlığı ilə cavablandırmaq çətin olsa da, səbəbi bəzi Avropa ölkələrinin Ermənistana neqativ təsiri ilə izah etmək olar. Möhtərəm dövlət başçımızın dediyi kimi, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Onların verdikləri məsləhətlər hazırda təxribat xarakteri daşısalar da, bir müddət sonra onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmək olmaz. Məhz buna görə də iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair dövlətimizin zəmanəti olmalıdır. Yalnız bu, Qafqazda sülh üçün ən yaxşı amil olacaq. Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik, məşhur beş prinsipi açıqladıq. Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil. Əgər rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsa, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində Prezident İlham Əliyevin oktyabr ayında keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə olunan nəticələr təsdiqləyir ki, Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin dediyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu ölkənin mövqeyinin, rəhbərliyinin nə deməsi isə Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Torpaqlarını işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcək.Müstəqil siyasət kursu olan Azərbaycan öz milli maraqlarını da inamla təmin edir. Bunun ən böyük təsdiqi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi oldu. 3 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Vaxtilə danışıqlar yolu ilə müzakirə olunan məsələləri, tarixin arxivinə göndərilən Minsk qrupu formatında yoluna qoyulmayan problemi Azərbaycan güc yolu ilə, "dəmir yumruq"la həll etdi. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil, bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu. İndi həm torpaqlarımız azaddır, həm də dövlət sərhədlərimiz tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Prezident bir daha vurğulayıb ki, sülh prosesini gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir.Anar Məmmədov,YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Seçilən
556
50
sesqazeti.az

10Mənbələr