AZ

“Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə rekord nəticə əldə edib

""Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya etmiş və göstərdiyi 17 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradıb”.

Qaynarinfo xəbər verir ki, bunu "Azərişığ”ın "ASAN xidmətlə”in İş departamentinin direktor müavini İnam Yusifov ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, "Azərişıq” Dövlət Xidmətlərinin Elektron Reyestrinə (DXR) daxil edilmiş xidmətlərin 2023-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün "ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə tərəfimizdən ümumilikdə 1395 sorğu cavablandırılmış, əsaslandırıcı sənədlər təqdim olunub.

O bildirib ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti "ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31% ilə 5 ulduzluq rekord nəticə əldə edib.

" Ötən illərdə də "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə etmiş, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer almışdır. 2023-cü il üzrə əldə olunan nəticə "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların nəticəsidir” .

Seçilən
106
3
qaynarinfo.az

10Mənbələr