Türkiyənin Van və Bitlis şəhərlərində aprelin 3-dən aprelin 17-dək nümayişlərin açıq toplantıların keçirilməsinə qadağa qoyulub.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmçinin, Siirt vilayətinin Pervari şəhərində komendant saatı elan edilib.
Bu barədə Siirt Qubernatorluğu məlumat yayıb. Açıqlamada,”Pervari mahalı mərkəzi və bütün kəndlərində; 3 aprel 2024-cü il saat 01:00-dan etibarən növbəti bildirişə qədər komendant saatı elan edilmişdir. Vətəndaşlarımızın sözügedən qadağaya əməl etmələri öz həyatları və əmlak təhlükəsizliyi üçün vacibdir”, – qeyd olunub.
Xatırladaq ki, qadağaların tətbiqinə bu gecədən etibarən bir qrup şəxsin Türkiyənin müxtəlif şəhərlərində aksiyalar keçirməsi səbəb olub./unikal