Nigeriyanın Zamfara əyalətində "adam oğurluğu” hadisələri ilə əlaqədar komendant saatı elan edilib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar Nigeriyada "adam qaçırılma" hadisələrinin artması ilə əlaqədar Zamfara əyalətinin sərhədlərində qismən komendant saatı elan edilib.
Ölkədə adam qaçırma ölüm cəzası olsa da, pul müqabilində adam oğurluğu hallarına daha çox rast gəlinir.
Ötən ay Nigeriyanın müxtəlif əyalətlərində həyata keçirilən hücumlarda 500-dən çox adam qaçırılıb.
Silahlı şəxslər və dəstə üzvləri ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və külli miqdarda tələb edirlər.
7News.Az