AZ

AK rəhbəri İsraillə ərəb ölkələrini barışığa çağırıb

Yaxın Şərqdəki vəziyyət İsrailin ərəb ölkələri ilə yaxınlaşmasına mənfi təsir göstərə bilər, bunun qarşısı alınmalıdır...Poliqon xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.“Biz HƏMAS-ın hərəkətlərinin İsraillə ərəb qonşuları arasında tarixi yaxınlaşmaya təsir edə biləcəyini bilirik. Lakin bu qaçılmaz deyil, qeyri-sabitlik cilovlana bilər. İsrail və onun qonşuları arasında dialoq davam edə bilər və davam etməlidir”, deyə AK rəhbəri Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentinin deputatlarına bildirib.Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi “Əl-Əqsa tufanı” əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.Poliqon.info

Seçilən
382
34
poliqon.az

10Mənbələr