AZ

Erməni kilsəsi barədə SENSASİON FAKTLAR: Bu terror aktlarının təşkilatçısı kimi çıxış edir

“Ermənistanda kilsə dövlət içərisində bir dövlətdir. Yəni erməni millətinin ideoloji bazası kilsələrdə formalaşır və oradan idarə olunur. Hətta bu ideologiyanın həyata keçirilməsi üçün terrorçuların himayə olunması və yetişdirilməsində də erməni kilsəsinin xidmətləri var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

O, keşiş Baqrat Srbazın rəhbərliyi ilə İrəvanda təşkil olunan genişmiqyaslı aksiyanın detallarından söz açıb.

A. Məsiyevə görə, ümumilikdə Ermənistanda kilsələr tək olan Allaha iman gətirmək məqsədi daşımır.

“Bu gün Ermənistanda kilsə din adı altında terror yuvasına çevrilmiş bir məkandır. Hazırda Ermənistanda gedən proseslər bir daha onu təsdiqləyir ki, kilsə tək olan Allaha sitayiş etməkdənsə, siyasi proseslərdə fəal iştirak edir və erməni cəmiyyəti terrora sürükləyir”, – deyə o bildirib.

Onun sözlərinə görə, erməni din xadimləri din adı altında pərdələnərək, dindən oyuncaq kimi istifadə edir və ictimai-siyasi proseslərdə açıq çağırışlar göstərir:

“Bu faktlar bir daha onu göstərir ki, erməni cəmiyyətində kilsənin təsiri altında müəyyən radikal qruplaşmalar fəaliyyət göstərməkdədir. Hesab edirəm ki, bu, bəşəriyyət üçün böyük təhlükədir. Çünki kilsədən hökm gələn kimi onu icra etmək Ermənistanda qanun halını alıb. Bu gün İrəvanda din xadimlərinin və kilsənin çağırışı ilə xalq üsyana dəvət edilirsə, bu, o deməkdir bu, xalq hələ də kilsənin təsirindən çıxmayıb. Hətta bəzi xarici ölkələrdə də kilsənin hökmü ilə terror aktları həyata keçirilir”.

Onun fikrincə, bunlar tək Ermənistan üçün yox, o cümlədən Ermənistana qonşu olan ölkələr üçün də təhlükə mənbəyidir:

“Təbiidir ki, Ermənistanda gedən proseslər birbaşa Azərbaycan əleyhinə köklənir. Çünki son vaxtlar Paşinyan işğal altında olan kəndlərimizin geri qaytarılması ilə bağlı çağırışlar etməsinə adekvat olaraq, din xadimləri kilsə ətrafında birləşərək, ictimai-siyasi proseslərdə fəallaşırlar. Bu isə işğal altında olan kəndlərimizin qaytarılmasına maneçilik törədir. Bu, onu göstərir ki, ermənilər yenə də qonşuluq və dinc yaşayış prinsipinə əməl etmirlər, hətta ərazilərimizdə yeni torpaq iddialarında olduqlarını açıq şəkildə göstərirlər. Onların işğal altında olan torpaqları qaytarmaq fikrinin olmaması, öz iddialarından hələ də vaz keçmədikləri anlamına gəlir. Əgər ermənilər dinc yanaşı yaşama prinsiplərinə əməl etməyəcəklərsə, Azərbaycan tərəfindən adekvat cavablar alacaq”.

Rafi Müslümov

Seçilən
339
50
yenicag.az

10Mənbələr