AZ

Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

Banker.az xəbər verir ki, qanunvericiliyə əsasən, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) müəyyən edilmiş əsaslarla bu şəxslərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır:

– hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

– yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

– əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

– işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

– həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

– öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;

– məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin .

Sadalananlar əmək müqaviləsinin müəssisənin ləğv edilməsi və müddətli əmək müqaviləsinə xitam verilməsinə dair qanunla müəyyən edilən hallara aid edilmir.

Bundan başqa, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Seçilən
187
50
banker.az

10Mənbələr