AZ

Azərbaycanda ilkin mənzil bazarında qiymətlərin yüksəldiyi müşahidə edilir

2024-cü ilin birinci rübündə Azərbaycanda ilkin və təkrar satışa çıxarılmış mənzillərin qiymətləri indeksi aylıq yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ilin birinci rübündə ilkin mənzil bazarı üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 3.11% bahalaşıb. 2023-cü ilin ilk rübü ərzində isə ilkin mənzil bazarında 1.76% bahalaşma qeydə alınmışdı.

İlk rübdəki qiymətlər illik müqayisədə isə 7.51% bahalaşıb. 2023-cü ilin son rübündə 6.92% idi.

İlkin mənzillərdə ən çox bahalaşma ikiotaqlı evlərdə müşahidə edilib. Statistik dövrdə ikiotaqlı mənzillər əvvəlki rüblə (2023, IV rüb)  müqayisədə 3.73%, illik müqayisədə     8.46% artıb.

 

Azərbaycanda 2024-cü ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübəmüvafiq rübəmüvafiq dövrə
Yaşayış evləri – cəmi3.117.517.51
birotaqlı mənzillər2.547.327.32
ikiotaqlı mənzillər3.738.468.46
üçotaqlı mənzillər3.578.098.09
dördotaqlı mənzillər2.837.027.02
Azərbaycanda 2023-cü ilin IV rübündə ilkin mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübəmüvafiq rübəmüvafiq dövrə
Yaşayış evləri – cəmi1.767.766.92
birotaqlı mənzillər2.128.448.07
ikiotaqlı mənzillər1.978.47.38
üçotaqlı mənzillər1.837.936.98
dördotaqlı mənzillər1.447.026.43

 

Təkrar mənzil bazarında da qiymətlər artım dinamikasını yüksəlib. 2024-cü ilin ilk rübündə ümumi yaşayış mənzillərində qiymətlər rüblük 2.17% artıb, illik isə 9.06% bahalaşıb.

2023-cü ilin son rübündə qiymətlər aylıq 1.71% artmışdı, lakin illik 9.06% olmaqla 2024-cü ilin ilk rübünü üstələyir.

Üçotaqlı mənzillər ilk rübdə 2.38% artımla ən yuxarı artım göstərib.

Azərbaycanda 2024-cü ilin I rübündə təkrar mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübəmüvafiq rübəmüvafiq dövrə
Yaşayış evləri – cəmi2.178.078.07
birotaqlı mənzillər1.977.457.45
ikiotaqlı mənzillər2.257.587.58
üçotaqlı mənzillər2.388.558.55
dördotaqlı mənzillər1.598.968.96
Azərbaycanda 2023-cü ilin IV rübündə təkrar mənzil bazarında qiymətlər, faizlə
əvvəlki rübəmüvafiq rübəmüvafiq dövrə
Yaşayış evləri – cəmi1.719.769.06
birotaqlı mənzillər1.749.867.97
ikiotaqlı mənzillər1.619.848.76
üçotaqlı mənzillər1.719.359.22
dördotaqlı mənzillər1.9711.2911.05

 

Seçilən
202
30
banker.az

10Mənbələr