Bakı. Trend:
Bu gün Maltada Ukraynaya dair üçüncü sülh sammiti işə başlayıb.Sammitdə dünyanın 65-dən çox ölkəsinin təmsilçisi iştirak edir.
Trend xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisininrəhbəri Andrey Yermak “Telegram”da bildirib.
Sammitdə Qərb və Qlobal Cənub ölkələrinin xarici siyasət vəmilli təhlükəsizlik üzrə müşavirləri iştirak edir.
Yermak qeyd edir ki, üçüncü sammitdə Ukrayna sülh formulunun beşmaddəsinin icrası planları təqdim olunacaq və müzakirə ediləcək:nüvə, enerji və ərzaq təhlükəsizliyi, humanitar istiqamət (əsir vədeportasiya olunan şəxslərin azad edilməsi), Ukraynanın ərazibütövlüyünün və dünya nizamının bərpası.
“Bu planlar müxtəlif ölkələrin səfirliklərinin təmsilçilərinin,eləcə də, beynəlxalq ekspertlərin daxil olduğu işçi qruplartərəfindən hazırlanıb”, - deyə Andrey Yermak yazıb.
Xatırladaq ki, bundan əvvəlki iki görüş Kopenhagendə və Ciddədəkeçirilib. O vaxt Ukrayna təkcə birbaşa tərəfdaşları vəmüttəfiqləri deyil, həm də Ukraynaya dair neytral mövqe tutanQlobal Cənub ölkələrinin təmsilçilərini cəlb etməyə müvəffəqolmuşdu.