Pekin Ukraynadakı münaqişənin siyasi yolla həlli ideyasını dəstəklədiyini bildirib. Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Çjan Yuxia X Syanşan Təhlükəsizlik Forumunun rəsmi açılış mərasimində deyib. “Biz Ukrayna böhranı ilə bağlı obyektiv və ədalətli mövqe tuturuq və münaqişənin siyasi həllini dəstəkləyirik. Çin tərəflərin tezliklə sülh danışıqlarına başlamalarını istəyir”, - deyə Zhang Yuxia bildirib. Oktyabrın 29-da işə başlayan X Syanşan Təhlükəsizlik Forumu üç gün - oktyabrın 31-dək davam edəcək. Forumda Akademik və diplomatlarla yanaşı, Rusiya, Böyük Britaniya, İran, Səudiyyə Ərəbistanı və ABŞ da daxil olmaqla 90-dan çox ölkədən rəsmi nümayəndə heyətləri iştirak edir. Nümayəndə heyətlərinin təxminən üçdə biri müdafiə nazirləri və baş qərargah rəisləri səviyyəsində təmsil olunur. Tədbirin əsas mövzusu “Ümumi Təhlükəsizlik, Davamlı Sülh”dür. Forum iştirakçıları Asiya, Yaxın Şərq və Avropaya xüsusi diqqət yetirməklə qlobal və regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, onlar süni intellekt və nüvə riskləri ilə bağlı məsələləri müzakirə edəcəklər. Qadir, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta