AZ

“Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib - FOTOLAR

2 avqust 2024-cü il tarixində Mediasiya Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının əməkdaşı Maksim Lətifov, Dövlət Komitəsinin nümayəndələri Gülnarə Məmmədova, Cəmilə Bağırova, Taliyə İbrahimova, Səmra Əliyeva və eyni zamanda 55 yerli icra hakimiyyətinin müvafiq nümayəndələri iştirak ediblər.

Tədbirdə Mediasiya haqqında qanun, mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlər, həmçinin onların həlli istiqamətində təkliflər müzakirə edilib.

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Dövlət Proqramının icrası istiqamətində mövzu ilə bağlı görüşlərin davam etdirilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
15
qht.az

10Mənbələr