AZ

Puya Hüseyni: “Tehran İravana hərbi dəstək verməyə hazır olduğunu bildirib”

İranlı ekspert Puya Hüseyni erməni mediasına verdiyi müsahibəsində bir neçə maraqlı məqama toxunub. JAMAZ.İNFO xəbər verir ki, o, əsasən İran-Ermənistan münasibətləri və Tehranın İrəvana hərbi dəstək verməsindən danışıb.
O bildirib ki, Tehran Ermənistana hərbi dəstək verməyə hazır olduğunu bildirib. “Lakin İrəvan bu təklifə hər hansı cavab verməyib”.
O qeyd edib ki, Türkiyə öz təsirini gücləndirməyə, İran isə Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi ilə yaranmış boşluğu doldurmağa çalışır.
Hüseyni vurğulayıb ki, Azərbaycan bir neçə ildir İsraildən silah alır və İran bunu görür. O iddia edib ki, guya, silahlanma məsələsi İrana qarşı istifadə üçün nəzərdə tutulub. “Bu, İrana qarşı yönəlib və genişmiqyaslı müharibə olarsa, Azərbaycan anti-İran mərkəzlərindən birinə çevrilə bilər. Belə olan halda Azərbaycan da İran üçün qanuni hədəfə çevriləcək. İrandan gələn bu siqnallar Türkiyə və İsrailin ciddi təsiri altında olan Azərbaycana yönəlib”.
İranlı ekspert onu da deyib ki, Ermənistanın yollarına üçüncü dövlətlərin nəzarəti altında olması İran üçün də qəbuledilməzdir. “İran hər dəfə Ermənistan sərhədlərinə yaxın qoşun toplanmasına reaksiya verəndə təlimlər keçirir, siqnallar göndərir, xəbərdarlıqlar edir. İranın Ermənistandakı səfirinin daha əvvəl dediyi kimi, müharibə olacağı təqdirdə İran müqavimət göstərəcək, çünki bu məsələ həm də İranın təhlükəsizliyi ilə bağlıdır”.

Seçilən
173
50
jamaz.info

10Mənbələr