AZ

Tanınmış azərbaycanlı hava limanında SAXLANILDI - Çamadanından görün nə çıxdı - VİDEO

Azərbaycanlı tanınmış musiqiçinin Özbəkistan səfəri maraqlı hadisə ilə yadda qalıb.

Olaylar Titul.az-a istinadla xəbər verir ki, klarnet ifaçısı Azər İsgəndərovun çamadanının yoxlanışı zamanı özbək təhlükəsizlik əməkdaşları şübhəli əşya "aşkar ediblər"

Onlar Azərdən çamadanını açmağını istəyiblər. Tanınmış musiqiçi onların soyuq silah hesab etdikləri əşyanın əslində adi musiqi aləti (klarnet) olduğunu bildirib. Onun sözlərinə inanmayan hava limanının əməkdaşları o zaman Azərdən klarentdə ifa etməsini istəyiblər.

Musiqiçi klarnetini quraşdırdıqdan sonra özbəklərə "Vağzalı" ifa edib. Ondan sonra Azəri hava limanından buraxıblar. 

Həmin kadrları təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
12
olaylar.az

10Mənbələr