AZ

Aeroportda maraqlı hadisə:ona inansınlar deyə “Vağzalı” ifa etdi - VİDEO

Klarnet ifaçısı Azər İsgəndərovun Özbəkistan səfəri maraqlı hadisə ilə yadda qalıb.

Avtosfer.az xəbər verir ki, hava limanında musiqiçinin çamadanının yoxlanışı zamanı özbək təhlükəsizlik əməkdaşları şübhəli əşya “aşkar ediblər”.

Onlar Azərdən çamadanını açmağını istəyiblər. İfaçı onların soyuq silah hesab etdikləri əşyanın əslində adi musiqi aləti (klarnet) olduğunu bildirib. Onun sözlərinə inanmayan hava limanının əməkdaşları o zaman Azərdən klarnetdə ifa etməsini istəyiblər.

Musiqiçi klarnetini quraşdırdıqdan sonra özbəklərə “Vağzalı” ifa edib. Ondan sonra Azəri hava limanından buraxıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
12
avtosfer.az

10Mənbələr