AZ

Azərbaycanda yük maşını aşdı - Ölənlər var + FOTOLAR

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində DAF markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Ölən iki nəfər - Naxçıvan sakinləri - 1985-ci il təvəllüdlü Rəşid Məmmədtağı oğlu Əskərov və 2006-cı il təvəllüdlü İnşallah Cəsur oğlu Məhərrəmovdur.

Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib.

Bildirilib ki, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
azpolitika.info

10Mənbələr