“Qəbələ” ukraynalı futbolçu Zurab Oçiqava ilə yollarını ayırıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin iyul ayından “qırmızı-qaralar”da çıxış edən Z.Oçiqava bu komandada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib.