AZ

Bakıdakı ağır qəzada xəsarət alanların son durumu

Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Oxu.Az-ın sorğusuna əsasən verilən məlumatda bildirilir ki, xəsarət alan hər iki vətəndaşın vəziyyəti orta-ağır qiymətləndirilir.

"Ötən gecə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq, İnstituta gətirilən 19 yaşlı oğlan sol bud sümüyünün orta üçdəbirinin yer dəyişən, sol qamış sümüyünün yuxarı üçdəbirinin açıq yerdəyişmiş sınıqları, sol baldırın çoxsaylı əzilmiş, cırılmış yaraları ilə daxil olub. Hazırda vətəndaşın reanimasiya şöbəsində müalicəsi davam edir.

17 yaşlı digər oğlan isə sağ bud sümüyünün üçdəbirinin çəp yerdəyişən sınığı ilə daxil olub. Hazırda travma şöbəsində müalicəsi davam edir. Xəsarət alan hər iki vətəndaşın vəziyyəti orta-ağır qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

09:44

Ötən gün Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.09.2024-cü il tarixində saat 21:07-də Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

"Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 17 və 19 yaşlı 2 nəfər (kişi cinsli) müştərək travmalarla Elmi-Tədqiqat Travmatologiya İnstitutuna hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Nizami rayonunun Elşən Süleymanov küçəsində "Hyundai Elantra" markalı avtomobilin hərəkətdə olan motosikleti vurması ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılmışdı.

https://t.me/oxuaze/105080

"Cebheinfo.az"

Seçilən
86
50
cebheinfo.az

10Mənbələr