AZ

“Artıq 34 ölkə BRİKS-ə qoşulmaq istəyir” – Putin


Artıq 34 ölkə BRİKS-ə qoşulmaq arzusunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, BRİKS-in hazırkı sədri kimi Rusiya bu il assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb.
“Bizim sədrliyimizə xüsusi bir missiya həvalə edilib - yeni iştirakçı ölkələrin bütün BRİKS mexanizmlərinə ən sürətli və üzvi inteqrasiyasına hər cür kömək etmək”, - Putin bildirib.
Putin əlavə edib ki, digər ölkələrin təşkilatda iştiraka marağının artması ilə əlaqədar BRİKS-in bütün iştirakçıları ilə yeni tərəfdaş dövlətlər kateqoriyasının modallığı ilə bağlı fəal müzakirələr aparılıb.
O, həmçinin bu status üçün mümkün namizədlərin nəzərdən keçiriləcəyini və oktyabrda keçiriləcək sammitdə BRİKS tərəfdaş ölkələrinin statusunun təsdiqi məsələsinə baxılacağını bildirib.
Qeyd edək ki, BRİKS doqquz dövləti birləşdirən dövlətlərarası birlikdir. Hazırda təşkilata üzv olan ölkələr Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyadır.
Seçilən
85
43
yeniavaz.com

10Mənbələr