REAL Partiyasının sədri İlqar Məmmədovun istefasından, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin istefa xəbərindən sonra Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun da istefa verəcəyi məlumatı yayılıb.
Teleqraf.com-a istefa xəbərini şərh edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bununla bağlı yekun qərar verilmədiyini söyləyib.
”Sebtyabrın 15-də KXCP-nın Ali Məclisinin iclasında qərar qəbul ediləcək. İclasda bütün məsələlərlə bağlı dəyərləndirmə aparılacaq” - deyə o əlavə edib.
Mirmahmud Mirəlioğlu bildirib ki, istefasında qeyri-adi heç nə yoxdur: “Bütün təşkilatlarda “A” variantı istefadır. Bu isə partiya məclisinin səlahiyyətindədir. Məclis qərar qəbul etsə, qurultay olacaq. Qurultayda məsələyə baxılacaq. Proses çox sadə görünsə də, hər kəsin arzuladığı kimi deyil”.
Qeyd edək ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində uğur qazanmayan bir çox partiya sədrləri istefa verəcəyini açıqlayıb.