AZ

Qara dənizdə rus qırıcısı belə vuruldu - VİDEO

Ukrayna hərbçiləri Qara dənizdə Rusiyaya məxsus Su-30SM döyüş təyyarəsini zenit-raket kompleksi ilə vurub.

Bakupost.az -ın UNİAN-a istinadən xəbərinə gprə, bu barədə bu gün Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin saytında yayılıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, əməliyyatı Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsinin əsgərləri həyata keçirib. Vurulan təyyarə ilə sentyabrın 11-də səhər saat 5:00 radələrində əlaqə kəsilib və o, dənizə düşüb. Rusiya hərbçiləri Tarxankut burnundan 70 kilometr şimal-qərbdə təyyarənin qalıqlarını aşkar ediblər.

Ukrayna kəşfiyyatı bildirib ki, vurulan təyyarə Krımdakı Saki şəhərinin aerodromunda yerləşən Rusiya Aerokosmik Qüvvələrinin 43-cü əlahiddə hərbi-dəniz aviasiya alayının qırıcısıdır.

Ukrayna kəşfiyyatı təyyarənin məhv edildiyi anı əks etdirən video yayımlayıb. Videoda dənizin üzərində uçan təyyarə, sonrasa dənizdə üzən qayıq görünür. Bundan sonra videoda təyyarənin vurulduğunu əks etdirən kadrlar yer alıb.

Ukraynanın “Krım küləyi” Teleqram kanalı Silahlı Qüvvələrdəki mənbəyə istinadən sentyabrın 11-də günorta saatlarında təyyarənin məhv edilməsi barədə ilk məlumatı yayıb. Telekanalın məlumatına görə, qəza nəticəsində iki rusiyalı pilot həlak olub. Rusiyalı hərbi müxbirlər də təyyarənin vurulduğunu bildiriblər.



Zaur
BakuPost
Seçilən
285
29
bakupost.az

10Mənbələr