AZ

Aİ Şurası Rusiyaya qarşı sanksiyaları UZATDI

Avropa İttifaqı (Aİ) Rusiyada 2 mindən çox fiziki şəxs və təşkilata qarşı fərdi sanksiyaları gələn ilin mart ayının 15-nə qədər uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında qeyd edilib.

“Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay - 2025-ci il martın 15-dək uzadıb”, - bəyanatda qeyd edilib.

Qeyd edilib ki, sanksiyalar 2014-cü ildən qüvvədədir.

Bizim.Media

Seçilən
39
19
bizim.media

10Mənbələr