AZ

Rusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa, dünyanı nə gözləyir? – ARAŞDIRMA – VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə açıqlamasında Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisini NATO silahları ilə vurmağa icazə verməsi ilə bağlı fikirlərini bölüşüb.

“Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcək”, - deyə Putin bildirib.

Putinin bu xəbərdarlığı isə Rusiya və NATO arasında nüvə müharibəsi ehtimalını yenidən gündəmə gətirib.

Bəs Rusiya ilə Qərb arasında nüvə müharibəsi başlasa, dünya üçün nəticəsi necə olacaq?

Bizim.Media xəbər verir ki, bununla bağlı “Future of Life” İnstitutu araşdırma aparıb.

Həmin araşdırmanın videosunu sizə təqdim edirik:


Bizim.Media

Seçilən
169
27
bizim.media

10Mənbələr