"Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.
Bakıvaxtı.az Premyer Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı norveçli avqust ayında İngiltərə çempionatının 3 oyununda 7 qol vurub.
Qeyd edək ki, E.Holann karyerasında üçüncü dəfə bu mükafata layiq görülüb. O, 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində Premyer Liqada ayın ən yaxşı oyunçusu seçilib.