AZ

Təchizat üzrə mütəxəssis - VAKANSİYA

"Groupone” MMC “Təchizat üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət edilməsi
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil edilməsi
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək
  • Məhsulların anbarlar üzrə təchizat prossesinin təşkil edilməsində iştirak edilməsi
  • Keyfiyyət və qiymət baxımdan optimal tədarükçü və məhsulların seçilməsi (müqavilənin və digər lazımı sənədlərin təşkil edilməsi; yerli və xarici bazarın analizi)
  • Xaricdən gələn məhsulların idxalının təşkil edilməsi (sifarişin yerləşdirirlməsi, xarici və yerli sənədlərin yığılması, xaricdən çatdırılma, gömrük rəsmiləşdirilmə işləri)
  • Məhsulların anbarda düzgün şəraitdə saxlanılmasına nəzarət 

Namizədə dair tələblər:

  • Müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı;
  • Komandada və stres altında işləmək bacarığı;
  • Azərbaycan və Rus dilini səlis, İngilis dilini orta səviyyədə bilməli;
  • Tikinti sahəsində təcrübə arzuolunandır;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Ali təhsil;
  • Yaş həddi 23-45 arası;
  • Ünsiyyətcil və inandırma bacarığı;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.

Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
  • İş qrafiki: 6 günlük iş rejmi
  • Əmək haqqı : 1300-1500 AZN

Uyğun namizədlər öz cvlərini “Təchizat üzrə mütəxəssis” başlığı ilə hr@groupone.az ünvanına göndərə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
42
fins.az

10Mənbələr