"Bank Respublika" ASC partnyorlarla iş şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
- Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin bazar araşdırması və əməkdaşlığa cəlb olunması;
- Potensial partnyorun axtarışı və cəlb edilməsi, əməkdaşlığın yaradılması və dəstəyi;
- Mövcud layihələr üzrə tərəfdaşlığa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
- Partnyorların işinin təhlili və mütəmadi monitorinqiPartnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
- Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və rus dili biliyi (inglis dili arzuolunandır);
- Kompüterdən istifadə bacarığı (MS Office proqramları);
- Ünsiyyət qurmaq bacarığı;
- Cəlb etmə bacarığı
- Müştəri ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, Operativlik.
Müraciət üçün LİNKƏ daxil olun.