AZ

Yeni vakansiya: Satış departamentinə müdir AXTARILIR

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" ASC, Pərakəndə satış departamentinin müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin illik planının tərtib olunması və rəhbərlik ilə razılaşdırılması;
  • Qarşıya qoyulmuş satış hədəflərinə çatmaq üçün mütəmadi olaraq satış komandasının nəticələrinin təhlil edilməsi, onlarla gündəlik yoxlamaların keçirilməsi və gələcək üçün satış proqnozlarının verilməsi;
  • Satışların artırılması üçün daima yeni strategiyaların və metodların üzərində çalışılması;
  • Satış əməkdaşlarının işə götürülməsi prosesində iştirak, iş prosesinin öyrədilməsi, onlara fərdi hədəflərin qoyulması və daim hədəfə fokuslanması üçün motivasiya edilməsi;
  • Satış əməkdaşlarının mütəmadi olaraq iş fəaliyyəti ilə bağlı hesabatlarının alınması;
  • Satış komandasının təlim ehtiyaclarının aşkar edilməsi və bacarıqlarının inkişaf etdirilməsi üçün planın tərtib olunması;
  • Ay və il sonunun bağlanması prosesinin idarə edilməsi;
  • Yeni satış nöqtələrinin açılması və ya problemli olanların bağlanmasına ilkin təsdiqinin verilməsi;
  • Zəruri hallarda satış nöqtələri tərəfindən tələb olunan məhsul sifarişlərinə təsdiqin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların rəhbərliyə təqdim olunması;
  • Xərclərə nəzarətin edilməsi, resurslardan səmərəli istifadə olunmasının təmin edilməsi;
  • Bölgə işçilərinin iş fəaliyyəti ilə bağlı yaranan problemlərinin səlahiyyəti çərçivəsində həll edilməsi;
  • Müştərilər ilə görüşüb onların ehtiyaclarının öyrənilməsi, müştəri bazasının genişləndirilməsi üçün uzunmüddətli əlaqələrin qurulması;
  • Franchasingin idarə edilməsi;
  • Mütəmadi olaraq şəxsi liderlik, işəalma və təlim bacarıqlarının inkişaf etdirilməsi;
  • Müəssisənin maraqlarının digər qurumlarda təmsil edilməsi

Tələblər:

  • Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
  • Satış sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq ən az 3 il);
  • Azərbaycan dili səlis, ingilis dili və rus dili biliyi üstünlükdür;
  • 1C proqramını yaxşı səviyyədə bilmək;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Pərakəndə satış departamentinin müdiri ” yazaraq hr@aisco.az  ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Zemfira Ms
Fins.az

Seçilən
106
37
fins.az

10Mənbələr