AZ

Hakan Fidan Qəzza üzrə Təmas Qrupunun iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qəzza üzrə yaratdığı Təmas Qrupunun toplantısında iştirak etmək üçün bu gün İordaniyaya səfər edəcək.

Diplomatik mənbələrin yaydığı məlumata görə, Hakan Fidan Qəzzada ən qısa zamanda davamlı atəşkəsin təmin edilməsi üçün danışıqlarını davam etdirir.

Toplantıda Qəzzada davam edən soyqırıma son qoyulması, İsrail-Fələstin münaqişəsinin sona çatması və iki dövlətli həllin həyata keçirilməsi üçün atıla biləcək addımların müzakirə ediləcəyi bildirilir.

İclasda Qəzzaya təcili və fasiləsiz humanitar yardımın çatdırılması və bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının  Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin  (UNRWA) işlərinə dəstəyin artırılması da müzakirə olunacaq.

Nazir Hakan Fidanın Əmmanda keçiriləcək görüşdə Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olması və daha çox ölkə tərəfindən tanınması üçün bu təşəbbüsə qarşı çıxan İsrail və digər ölkələrə təzyiqlərin artırılmasının vacibliyini vurğulayacağı və Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım iddiasına daha çox ölkənin qoşulması üçün çağırışını təkrarlayacağı gözlənilir.

Səfər çərçivəsində Qəzza üzrə Təmas Qrupu nazirlərinin İordaniya Kralı II Abdullah tərəfindən qəbul ediləcəyi gözlənilir.



Seçilən
66
8
trt.net.tr

9Mənbələr