AZ

Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlir və xərc proqnozları AÇIQLANIB

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır. Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Fuad Mədətov
Fins.az

Seçilən
95
24
fins.az

10Mənbələr