AZ

Argentina prezidenti həps oluna bilər

Venesuelanın baş prokuroru Tarek Vilyam Saab Argentina prezidenti Xavyer Maylinin həbsinə order verilməsini istəyib.

Qərar ABŞ-ın Emtrasur təyyarəsini ələ keçirməsi ilə bağlıdır. Venesuela hakimiyyəti hadisəni “oğurluq” kimi qiymətləndirir.

Editor.az bildirir ki, bu barədə Venesuelanın VTV telekanalı xəbər yayıb. Tarek Vilyam Saab orderlərin icrasını iki xüsusi prokurora həvalə edib. Onlar həmçinin Argentina Prezident Aparatının baş katibi və onun bacısı Karina Mayli, eləcə də təhlükəsizlik naziri Patrisiya Bulpriçin həbsinə order verməli olacaqlar.

Venesuela Baş Prokurorluğu onların hamısını oğurluqda, çirkli pulların yuyulmasında və təyyarəni sıradan çıxarmaqda ittiham edir.

Xatırladaq ki, 2022-ci ilin iyununda ABŞ-ın tələbi ilə Venesuelanın “Empresa de Transporte de Aerocargo del Sur “(Emtrasur) şirkətinə məxsus “Boeing 747 Dreamliner” təyyarəsi Buenos Ayres hava limanında ələ keçirilib. O, əvvəllər İranın “Mahan Air” şirkətinə məxsus idi. 2024-cü ilin yanvarında təyyarə Amerika tərəfinə təhvil verilib. İran və Venesuela şirkətləri ABŞ sanksiyaları altındadır. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, təyyarə məhdudiyyətlərdən yayınaraq “Emtrasur” tərəfindən alınıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
1
editor.az

2Mənbələr