AZ

Kamala Harris gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb. Bundan əvvəl Respublikaçı namizəd Donald Tramp Zelenski ilə mümkün görüşü açıqlamışdı.

Agentliyin həmsöhbətinin sözlərinə görə, xanım Harrisin “xarici siyasət profilini genişləndirmək” üçün Vladimir Zelenski ilə görüşə ehtiyacı var. “Bloomberg”in materialında deyilir ki, Vladimir Zelenski ABŞ-a səfəri zamanı münaqişənin həlli planını prezident Co Baydenlə bölüşmək niyyətindədir.

Agentliyin məlumatına görə, Ukrayna prezidenti də xanım Harris və cənab Trampla “planlarını bölüşməyə can atır”.
Bundan əlavə, “Bloomberg” mənbələri iddia edir ki, Vladimir Zelenski Birləşmiş Ştatlarda keçirilən görüşlərdə “NATO və Avropa İttifaqına üzvlükdə, habelə iqtisadi və təhlükəsizlik sazişlərində təkid etməyi planlaşdırır. Ukrayna prezidenti daha müasir silahların tədarükü məsələsini də müzakirə etmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az

Seçilən
36
50
editor.az

10Mənbələr