Azərbaycan Premyer Liqasının VII turunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçının baş hakimi müəyyənləşib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasını FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Oyunlar sentyabrın 20, 21 və 22-də keçiriləcək.