İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı, “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə oktyabrın 1-də Azərbaycan Ticarət Forumu keçiriləcək.
"Cebheinfo.az" bu barədə agentliyə istinadən xəbər verir.
“KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunacaq forumun məqsədi sahibkarların iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyəti və imkanları, onların ixracda payının artırılmasını və ticarət sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Forumda dövlət rəsmilərinin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
"Cebheinfo.az"