AZ

Xorvatiya cari ilin ilk 8 ayında Azərbaycandan $627 mln. həcmində xam neft alıb

Xorvatiya Respublikası 2024-cü ilin ilk səkkiz ayında Azərbaycandan  1 milyon 5.1 min ton xam neft alıb.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Xorvatiyaya satılan xam neftinin dəyəri isə $627 milyon təşkil edib.

Xam neftin miqdarı illik müqayisədə 62%, dəyəri isə 76.4% artıb.

Xam neftin bir tonu keçən ilin ilk səkkiz ayında 571 dollara olduğu halda, bu il bahalaşaraq  624 dollar olub.

Seçilən
116
50
banker.az

10Mənbələr