AZ

Fransanın zorakılığı nəticəsində Yeni Kaledoniyada ölənlərin sayı 13-ə çatıb

 

Fransanın ərazisindən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada təhlükəsizlik qüvvələri ilə müstəqillik tərəfdarları arasında baş verən insidentlərdə ölənlərin sayı 13-ə yüksəlib.Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bölgənin Noumea Prokurorluğu  məlumat yayıb.Yeni Kaledoniyanın paytaxtı Noumea'nın cənubundakı Saint-Louis kəndində təhlükəsizlik qüvvələrinin müstəqillik tərəfdarlarına qarşı müdaxiləsi nəticəsində 2 nəfər həyatını itirib.Hadisə ilə bağlı iki araşdırma başladılıb.Qeyd edək ki, Yeni Kaledoniyada Fransa hökumətinin (yerli xalqın gücünü zəiflətdiyi düşünülən) konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarları mayın 13-dən etibarən hərəkətə keçib.Fransa hökuməti adanın müxtəlif yerlərində, xüsusilə də paytaxt Numeada hərəkətə keçən müstəqillik tərəfdarlarını yatırmaq üçün bölgəyə polis göndərərək fövqəladə vəziyyət elan edib.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Seçilən
23
1
missiya.az

9Mənbələr