AZ

Bayden və Zelenski arasında YENİ GÖRÜŞ -Ağ Ev PLANLARI AÇIQLADI

ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskini sentyabrın 26-da Vaşinqtonda qəbul edəcək.

OXU24.COM  xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentliyə namizəd Kamala Harrisin Ukrayna rəhbəri ilə ayrıca görüşü planlaşdırılır.

Qeyd olunur ki, tərəflər Moskva və Kiyev arasındakı münaqişəni, həmçinin Ukrayna üçün strateji planlaşdırma və ABŞ-ın dəstəyini müzakirə edəcəklər.

Vurğulanıb ki, Bayden və Harris Ukraynanı dəstəkləmək üçün “qalıcı sadiqliklərini” vurğulamaq niyyətindədirlər.

Bir gün əvvəl Zelenski Kiyevin “qələbə planı”nın hazırlanmasının başa çatdığını və onun həyata keçirilməsində qətiyyətin indi vacib olduğunu bildirib.

Seçilən
28
50
oxu24.com

10Mənbələr