AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - Maraqlı və hadisələrlə zəngin gündür. Tənbəllik etməyin, süst davranmayın. Yeni layihələr və işlər uğurlu olacaq. Ən cəsarətli, avantüra təsiri bağışlayan istəyinizi dəstəkləyənlər olacaq. Müttəfiqləri uzun müddət aramağa ehtiyac yoxdur. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın.

Buğa - Günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.

Əkizlər - Tələskənliyə yol verməyin. Düşünülməmiş addımlar atmayın. Çox sadə və primitiv təsir bağışlayan işlərin həllində ciddi, qətiyyətli, iradəli olun. İstirahət, əyləncə istəklərini unudun. Əhvalınız pis olmayacaq.

Xərçəng - Günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.

Şir - Günün ilk yarısında kiçik problemlər və anlaşılmazlıqlar ola bilər. Yaşananları ürəyinizə salmayın. Ciddi problemlərdən çəkinməyin. Kiçik çətinliklərin öhdəsindən gələcəksiniz.

Qız - Gün ciddi problemlər vəd etmir. Maliyyə problemlərinin həllində diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin. Ailə münasibətləri pis deyil. Yaxınlarınızla münasibətlərdə mübahisələr, problemlər istisna deyil. Hansısa məsələlərlə bağlı vahid mövqe əldə olunmazsa, narahat olmayın.

Tərəzi - Pozitiv emosiyalar vəd edən yaxşı gündür. İdeyalarınızın hamısı yaxşı olmasa da, onların arasında uğurlu olanları seçərək məqsədə doğru aparan yolda irəliləyə bilərsiniz. Tamamilə yeni işlə məşğul olmaq mümkündür.

Əqrəb - Gün mənfi xüsusiyyətlərdən xali deyil. Etiraf edin ki, problemlərin əksəriyyətinin səbəbkarı sizsiniz. Hiyləgərlik etməyin, intriqalara qatılmayın. Səmimiyyət və şəffaflıq uğuru təmin edəcək. Uşaqlıq dostları ilə görüş üçün əlverişli zamandır. Son vaxtlar darıxdığınız, görmək istədiyiniz insanlarla günün ikinci yarısında bir araya gələ bilərsiniz.

Oxatan - Günün ilk yarısında hər şey uğurlu olacaq. Vaxtınızı ciddi işlərə sərf edin. Mühüm görüşlərin müzakirəsi, sizi çoxdan bəri narahat edən məsələlərin həllində qətiyyətli olun. İradəli davranın. Əhvalınız yaxşılaşa bilər.

Oğlaq - Ailə münaqişəsi istisna deyil. Qohumlarınızla ünsiyyətdə problemlər yarana bilər. Dostlarla belə, dil tapmaq asan deyil. İş, əmlak və maliyyə ilə bağlı məsələləri yaxşı tanımadığınız insanlarla bölüşməyin.

Dolça - Günün ilk yarısında həssas və qayğıkeş olun. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların neqativ əhvalına fikir verin. Tənqidlərdən sonra ruhdan düşməyin. Kəskin antipatiyanız olan insanla ünsiyyəti dayandırın.

Balıqlar - Sakit və rahat gündür. Uzun müddətdən bəri gözlədiyiniz məlumatı eşidəcəksiniz. Hadisələr məhz gözlədiyiniz məcrada inkişaf edəcək. Planlarınızı həyata keçirə bilərsiniz. Niyyətlərinizə dəyişikliklər etməyin.

Milli.Az

Seçilən
23
50
mia.az

10Mənbələr