AZ

Zelenski BMT tribunasından imdad diləyir, Putin isə... - VİDEO

Rusiyanın arzusu qonşusunu məhv etməkdir. Zelenski BMT tribunasından imdad diləyir, Putin nüvə silahı ilə hədələyir. Bitməyən savaş. Ukraynada şəhərlər dağılmaqda, insanlar ölməkdə davam edir. Ukrayna Kurskda bir neçə ərazini ələ keçirib, Rusiya isə Donbasda irəliləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Yekun Xəbər” proqramında deyilir.

Aparıcının sözlərinə görə, bu həftə Ukrayna üçün həlledici hesab edilirdi:

“Zelenski özünün Qələbə planı ilə ABŞ-a yollanmışdı. Ukrayna prezidentinin ABŞ-a səfəri qızğın seçki marafonu fonunda baş tutdu. Zelenskinin istəyi həm də Trampla görüşmək idi. Trampın Zelenskiyə münasibəti birmənalı deyil. Bəzən onu hətta ələ də salır. Bu günlərdə onu yaxşı satıcı da adlandırmışdı. Amma Zelenskini qəbul etdi. Seçkilərdə qalib gəlsə, müharibəni dayandıracağına söz verdi. “Çünki həm Zelenski, həm də Putinlə yaxşı əlaqələrim var” deyir.
 

Zelenskinin “Bizim sizinlə daha yaxşı münasibətimiz var” sözlərinə Trampın cavabı yenə güldürdü: Tanqo üçün iki nəfər lazımdır. Zelenskinin təqdim etdiyi Qələbə planına görə, Qərb Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücuma icazə verməlidir. 


İddialara görə, Zelenski bu yolla atəşkəsə nail olmaq və münaqişəni müəyyən müddətə dondurmaq istəyir. Putin isə bu ehtimala nüvə silahı hədəsi ilə cavab verir. Rusiya təcavüz zamanı nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Avropada bu xəbərdarlığı bir o qədər də ciddi qəbul etmirlər. Qərbdə hesab edirlər ki, Putin öz nüvə arsenalı ilə qumar oynayır. 

ABŞ-da isə əmindirlər ki, Rusiyanın müasir nüvə silahı yoxdur. Sovet dövründən qalan isə yaxşı vəziyyətdə deyil.

Vaşinqton Rusiyanı Amerika silahları ilə vurmağa icazə verəcəkmi? Hər halda hər şey noyabrdan sonra daha aydın bəlli olacaq. Hələlik tərəflər bir-biri ilə danışmaqdan imtina edir. Bu qışın da Ukraynada sərt olacağı görünür”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

Seçilən
69
27
bizim.media

10Mənbələr