AZ

Rəşad Nəbiyev Beynəlxalq Dəniz Təşkilatının Baş katibi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüş çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib.

Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.

Seçilən
19
8
apa.az

10Mənbələr